Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Qışı Birlikdə Qarşılayaq!” adlı rəsm sərgisi keçirilib

25 dekabr 2018 | 11:00

Xətai Sənət Mərkəzində Rayon İcra Hakimiyyətinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Rəsm şöbəsinin təşkilatçılığı ilə şagirdlərin “Qışı Birlikdə Qarşılayaq!” adlı sərgisi keçirilib.       

Sərgidə Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəhbərliyi, incəsənət xadimləri və rəssamlar iştirak ediblər.      

Sərgidə 25-dən çox şagirdin 70-ə qədər rəsm əsəri nümayiş etdirilmiş, həmçinin məktəbin tar, piano və vokal ifaçılarının musiqi nömrələri və çıxışları olmuşdur.  

Sərgidə fəal iştirak edən  şagirdlər diplom və hədiyyələrlə təltif ediliblər. 

Keçidlər