Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şahmat turniri keçirilib

29 yanvar 2019 | 11:00

23-25 yanvar 2019-cu il tarixlərdə 254 nömrəli tam orta məktəbdə  Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Düşünən beyin" adlı layihə çərçivəsində Şahmat turniri keçirilmişdir.

Turnirdə hər birinin tərkibində 5 nəfər olmaqla 16 komanda, ümumilikdə isə 80 nəfər uşaq, yeniyetmə və gənc iştirak etmişdir.

Turnirin yekun nəticələrinə görə I yeri 264 nömrəli tam orta məktəbin komandası, II yeri 261 nömrəli tam orta məktəbin komandası, III yeri isə 254 nömrəli tam orta məktəbin komandası tutmuşdur.

I,II, və III yeri tutmuş komandalar diplom və kubokla, digər iştirakçılar isə sertifikatla mükafatlandırılmışlar.


 

Keçidlər