Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş karate üzrə Xətai çempionat keçirilmişdir

25 fevral 2019 | 11:00

Xətai Rayon Gənclər və İdman İdarəsi və Arpaçay Karate Klubun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş karate üzrə klublar arası Xətai çempionat keçirilmişdir. Çempionatda 8 klubdan  120 idmançı iştirak etmişdir. Çempionat 5, 6, 8, 12 yaş qrupu üzrə keçirilmişdir.               

Çempionatın yekun nəticələrinə görə 5 yaş qrupu üzrə Orucov Mirmusa I yerə, Rəsulzadə Ceyhun II yerə, Cəbrayılov Samir, Əlizadə Teymur III yerə layiq görülmüşlər. 6 yaş qrupu üzrə Babayev Elvin I yerə,  Qasımov Taleh II yerə , Vəlizadə Əli, Ağayev Seymur III yerə layiq görülmüşlər. 8 yaş qrupu üzrə Cəbrayılov Sahib I yerə, Boramov Nurlan II yerə, İbişov Ayxan, Qurbanov Seymur III yerə layiq görülmüşlər. 12 yaş qrupu üzrə Salmanzadə Fərid I yerə, Həsənli Sadiq II yerə, Eminov Aydın, Həsənli Hümbət III yerə layiq görülmüşlər.

 Qaliblər Xətai Rayon Gənclər və İdman İdarəsi və Arpaçay Karate Klubu tərəfindən diplom və medallarla təltif olunmuşlar. 

    

Keçidlər