Şriftin ölçüsü :

Saytın rəngi :

171 saylı məktəbdə Novruz şənliyi

16 mart 2019 | 11:00

İlaxır çərşənbə və Novruz bayramı münasibətilə Xətai rayon təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
171 saylı orta məktəbdə baş tutan tədbirdə məlumat verildi  ki, xalqımız qədim türk məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələdə Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var.
Təhsil ocağın direktoru Zemfira Məsimova  və digər çıxış edənlər isə əlavə etdilər ki, yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Sonra məktəblilərin ifasında rəngarəng musiqilər, şerlər, Keçəllə Kosanın oyunları nümayiş olundu.

Keçidlər