Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

13 aprel 2019 | 11:00

 Xətai rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü  ilə  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, Humanitar Məsələlər və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Şirindil Əhmədov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev,  rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, məktəb direktorları, tarix müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbirdən əvvəl konfrans iştirakşıları Heydər Əliyev Parkında Ümummilli liderin abidəsi önünə tər çiçəklər düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr edilmiş video- çarx  nümayiş etdirilib.
Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verib.

Daha sonra  komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 70-dən artıq elmi işdən seçilmiş 5 ən yaxşı  referat  dinlənilib.
     Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, Humanitar Məsələlər və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirdi.
    Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə Xətai rayon İcra Hakimiyyətinin hədiyələri və rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları təqdim olundu.

 

 

 

Keçidlər