Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar fənlər təmayüllü məktəb-liseydə “Yol hərəkəti qaydalarını bilirik” adlı tədbir keçirildi

16 may 2019 | 11:00

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə Azərbaycan Respublikası təhsil nazirinin 28.01.2019-cu il tarixli, F-51 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının müvafiq bəndlərini rəhbər tutaraq 14.05.2019-cu il tarixində Humanitar fənlər təmayüllü məktəb-liseydə “Yol hərəkəti qaydalarını bilirik” adlı tədbir keçirilmişdir.
Tədbirdə Bakı şəhər BPİ DYPİ – nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdüri Pənah İmanov, Xətai Rayon Yol Polis İdarəsinin və Milli Olimpiya Komitəsinin nümayəndələri, “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin sosioloji blokunun rəhbəri Nigar Şahhüseynbəyova, Respublika Kitabxanasının direktoru Şəhla Qəmbərova, 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak etdilər.
Tədbirdə ibtidai sinif müəllimləri İlahə Quliyeva və Cəmilə Rzayevanın təşkilatçılığı ilə 2c və 2ç sinif şagirdlərinin iştirakı ilə yol hərəkəti qaydalarını əks etdirən səhnəciklər, rəqslər, şeir və mahnılardan ibarət bədii-musiqili kompozisiya təqdim olundu.
Sonra qonaqlar çıxışlarında öz təəssüratlarını bildirdilər.

Keçidlər