Şriftin ölçüsü :

Saytın rəngi :

13 nömrəli uşaq musiqi məktəbi 28 May- Respublika gününə həsr edilmiş konsert verib

23 may 2019 | 11:00

28 may- Respublika günü münasibətilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayonu Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbin hesabat konserti keçirilib.

Azərbaycan Milli Konservatoriyasında baş tutan Konsertdə Bakı şəhər Mədəniyyət  Baş idarəsinin rəisi Cəlil Məlikov, Xətai rayon İcra Hakimiyyəti  İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Milli Konservatoriyasinin rektoru, Azərbaycanın Xalq artisti professor Siyavuş Kərimi, Azərbaycan Xalq Artisti Vamiq Məmmədəliyev, Azərbaycan Xalq Artisti Mənsum İbrahimov, Əməkdar Artistlər Elçin Həşimov, Elnur Əhmədov, Əliağa Sədiyev, Abbas Bağırov, eləcə də Bakı şəhər Musiqi Məktəblərinin direktorları iştirak etmişdilər. Konsertdə Azərbaycan və Xarici bəstəkarların əsərləri səsləndi. Tədbirin sonunda Pənah İmanov, Baş İdarənin rəisi Cəlil Məlikov çıxış edərək əldə etdikləri nailiyyətlərə, rayonun və paytaxtımızın bütün ədəbi-bədii tədbirlərində fəal iştiraklarına görə kollektivə təşəkkürlərini bildirərək gələcək fəaliyyətlətlərində yeni böyük uğurlar arzuladılar.

Keçidlər