Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində abadlaşdırma işləri davam edir, istirahət guşələri yaradılır

19 dekabr 2019 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində müntəzəm aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun N.Tusi küçəsi 9,11, 19 ünvanlarında  irimiqyaslı yenidənqurma və abadlıq işləri görülür.

Ərazi qanunsuz hasarlanmalardan və yöndəmsiz tikililərdən təmizlənib. İşıqlandırma sistemləri qurulur, yollar abadlaşdırılır, səkilərə daş düzülür,  uşaqların və böyüklərin istirahətini təmin etmək üçün istirahət guşələri yaradılır, söhbətgahlar, müxtəlif  əyləncə və idman  qurğuları quraşdırılır.

Keçidlər