Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi keçirilib

27 dekabr 2019 | 11:00

Xətai Sənət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin 12 yaşa qədər yaş qrupundan olan uşaqlar üçün olan yekun hissəsi keçirilib.
Tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərginin əhəmiyyətindən danışdı. Söz alan Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi iştirakçılarını salamladı və onlarla birlikdə bu tədbirin iştirakçısı olmaqdan qürur duyduğunu qeyd etdi. Tədbir hər bir balaca rəssama diplom təltif etmə mərasimi ilə başa çatdı.
Vətənpərvərlik, vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarınızı inkişaf etdirilməsi, bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularınızın formalaşdırılması, habelə, rəssamlıq sənətinə marağınızı stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqəyə ölkəmizin əksər güşələrindən 1200-dən çox uşaq və yeniyetmə vertual qaydada 2000-dən çox əsər təqdim etmişlər.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götülməklə, ən  əsası ən az  müdaxilə (müəllim və   valideynlər) olunmuş əsərlər, həmçinin, əvvəlcə təqdim olunmamış əsərləri seçilib.


Keçidlər