Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi

06 fevral 2020 | 11:00

 5 fevral 2020-ci il tarixində rayon İcra Hakimiyyətinin inzibati binasında Xətai rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov  ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini qeyd edib.

Daha sonra çıxış edənlər  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  məsləhətçisi Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, sığorta olunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə məlumat veriblər.

Sonda vətəndaşları maraqlandıran suallar agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.

Keçidlər