Şriftin ölçüsü :

Saytın rəngi :

Elçin Əliyev küçəsi 7 ünvanında abadlıq işləri yekunlaşmaq üzrədir

12 mart 2021 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi  istiqamətində Xətai Rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri  aparılır. Abadlıq işləri aparılan növbəti ərazi Elçin Əliyev küçəsi 4 ünvanındadır.

Görülən işlər çərçivəsində ərazidə mövcud olan köhnə bağlar, qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülərək tullantılar daşınıb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb. Yeni  yaşıllıq zolaqları salınıb, su xətləri çəkilib, hərəkət hissələrinə səki daşları döşənib, 100-dən çox  yeni ağaclar  əkilib. Abadlaşdırılan əraziyə asfalt örtüyü çəkilib, 2 ədəd söhbətgah, 8 ədəd oturacaq, zibil qutuları qoyulub. 

 

 

Keçidlər