Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən müharibəsi -Qarabağ Zəfəri” adlı inşa yazı müsabiqəsinin Xətai rayon mərhələsi üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir

09 aprel 2021 | 11:00

09 aprel 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsi- Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin Xətai rayon mərhələsi üzrə qaliblərin mükafatlandırılması mərasimi təşkil olunmuşdur. 
Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev tədbirdə iştirak edərək qalibləri təbrik etmiş və gələcək müsabiqələrdə müvəffəqiyyətlər arzulamışlar. Natiqlər müsabiqənin əhəmiyyətini qeyd edərək Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulamışlar.

 

Keçidlər