Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rzayev Vüsal Tofiq oğlunun xatirə lövhəsi qoyulub, bulaq istifadəyə verilib

12 avqust 2021 | 11:00

Xətai rayonunda Vətən müharibəsində şəhid olan Rzayev Vüsal Tofiq oğluna xatirə lövhəsi qoyulub, bulaq istifadəyə verilib.

Açılış mərasimində çıxış edənlər- rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov,  “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəvə başqaları   şəhidin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi şücaətdən söz açıb, onun döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını,  Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər. Çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar. 

Tədbirdən sonra Dədə Qorqud Şəhidliyində Vüsal Rzayevin məzarı ziyarət olunub. Atası şəhid ailələrinə, qazilərə dövlət qayğısına görə dövlət başçısına, Birinci Vitse-Prezidentə, xalqımıza ailəsi adından öz minnətdarlığını bildirib.

 

Keçidlər