Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Əbdürrəhmanlı Sübhan, Eyvazov Əbülhəsən, Rüstəmov Rövşən, Aprel Döyüşləri şəhidi Musazadə Təbriz və Birinci Qarabağ Müharibəsi şəhidi Fərrux Abbasovun xatirə lövhələrinin açılış mərasimi olub+VİDEO

07 oktyabr 2021 | 11:00

Oktyabrın 7-də Xətai rayonu, Təbriz Musazadə küçəsində yerləşən 165 nömrəli tam orta məktəbin həyətində Vətən Müharibəsi şəhidləri  Əbdürrəhmanlı Sübhan, Eyvazov Əbülhəsən, Rüstəmov Rövşən, Aprel Döyüşləri şəhidi Musazadə Təbriz və Birinci Qarabağ Müharibəsi şəhidi Fərrux Abbasovun  xatirə lövhələrinin açılış mərasimi olub.

https://www.youtube.com/watch?v=7MEb1BHcpmk
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.
Digər çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar. Sonra məktəblilərin ifasında şeirlər səsləndirilib. Tədbirin sonunda şəhid ailələrinin iştirakı ilə hər şəhidin adına uzunömürlülük simvolu olan  1 çinar ağacı əkilib.

Şəhidlərin ailə üzvləiri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər