Şriftin ölçüsü :

Saytın rəngi :

Paralimpiya oyunlarının qalibi, dünya və avropa çempionu Ramin İbrahimovla görüş keçirilmişdir

12 oktyabr 2021 | 11:00

12 Oktyabr 2021-ci il tarixində Xətai rayonu 116 saylı tam orta məktəbdə "Çempionumuz" sosial idman layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirilmişdir.
Görüşdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, "Cüdo" idman növü üzrə London Paralimpiya oyunlarının qalibi, dünya və avropa çempionu Ramin İbrahimov, 116 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova və məktəbin istedadlı gəncləri və idmançıları iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Görüş ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
İlk öncə layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara ətraflı məlumat verildi.
Çıxış edən Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin keçirilməsinin yeniyetmə və gənclər üçün mühim əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğuladı.
Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev və 116 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova çıxış edərək Xətai rayonunun istedadlı gəncləri və idmançıları haqqında ətraflı məlumat verdilər.
Daha sonra çıxış edən Ramin İbrahimov görüş iştirakçılarına keçdiyi şərəfli idman yolu haqqında ətraflı məlumat verdikdən sonra, gənclər tərəfindən verilən sualları cavablandırdı.

Keçidlər