Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər günü münasibətilə şəhid övladları üçün əyləncəli tədbir təşkil olunub

10 noyabr 2021 | 11:00

Zəfər günü ərəfəsində torpaqlarımız uğrunda canından keçən qəhrəmanları bir daha anmaq, onların övladlarına qayğının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etmək məqsədilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün əyləncəli tədbir təşkil olunub.

Tədbir rayon ərazisində yerləşən  "Elchacho" restoranında baş tutub. Tədbirdə 46 şəhid övladı  iştirak edib. Müxtəlif musiqi nömrələri, şən klounlar, nağıl qəhrəmanları,  köpük şou, foks, restoranda yemək və digər əyləncələr uşaqların ürəyincə olub.
Sonda rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

 

Keçidlər