Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Çempionumuz" sosial idman layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirilmişdir.

16 noyabr 2021 | 11:00

16 noyabr 2021-ci il tarixində Xətai rayonu 221 saylı tam orta məktəbdə "Çempionumuz" sosial idman layihəsi çərçivəsində “Kyokşinkay Karate” idman növü üzrə Avropa çempionu, 5-ci dan qara kəmər ustası, Azərbaycanın Əməkdar Məşqçisi, Seykyokuşin və Full kontakt karate birliyinin Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi Qabil Sayadovla yeniyetmə və gənclərin görüşü keçirilmişdir.

Görüşdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, “Kyokşinkay Karate” idman növü üzrə Avropa çempionu, 5-ci dan qara kəmər ustası, Azərbaycanın Əməkdar Məşqçisi, Seykyokuşin və Full kontakt karate birliyinin Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi Qabil Sayadov, tələbələri Sayadov Elpərəs və Sayadov Etibar, 221 saylı tam orta məktəbin direktoru Günel Səmədova və məktəbin istedadlı gəncləri və idmançıları iştirak etmişlər. 

Görüş ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. 
İlk öncə layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara ətraflı məlumat verildi.
Çıxış edən Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışdı. V.Rəhimzadə qeyd etdi ki, gənclərin idmana marağının artırılması onlarda vətənpərvərlik hissinin formalaşmasında və zərərli vərdişlərdən uzaq olmalarında mühüm rol oynayır. Bu baxımdan ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin keçirilməsi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və idmana marağının artmasında mühüm əhəmiyyət kəsb edir.
221 saylı tam orta məktəbin direktoru Günel Səmədova çıxış edərək məktəbin idmançıları haqqında ətraflı məlumat verdi.
Daha sonra çıxış edənlər Qabil Sayadov və tələbələri Sayadov Elpərəs, Sayadov Etibar görüş iştirakçılarına keçdikləri şərəfli idman yolu haqqında ətraflı məlumat verdikdən sonra, yeniyetmə və gənclər tərəfindən verilən sualları cavablandırdılar.
Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev rayonun istedadlı gəncləri və idmançıları haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi.
Sonda xatirə şəkilləri çəkildirildi.

Keçidlər