Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Mini-Futbol” idman növü üzrə yarış keçirilmişdir.

17 mart 2015 | 11:00

Xətai rayon icra hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 02-16 mart 2015-ci il tarixlərdə Heydər Əliyev adına Liseyin bazasında  rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan “Mini-Futbol” idman növü üzrə yarış keçirilmişdir.
Yarışda rayonun 26 məktəb komandasının tərkibində 260 nəfər məktəbli iştirak etmişdir. Olimpiya sistemi üzrə keçirilən yarışda  birinci  yeri Heydər Əliyev adına liseyin, ikinci  yeri 63 №li, üçüncü yeri isə 269 №li tam orta məktəblərin komandaları tutmuşlar.
       Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.    
       Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası bu ilin aprel-may ayları ərzində keçiriləcək Bakı şəhər məktəbliləri arasında “Mini-Futbol” idman növü üzrə  yarışa vəsiqə qazanmışlar.

Keçidlər