Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

17 mart 2015 | 11:00

Xətai rayonunda ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Tədbir iştirakçıkları əvvəlcə, ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri
düzüb, ehtiramlarını bildirdilər. Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil edilən ümumxalq Novruz şənliyi əvvəlcə bahar
təranələri sədası altında başladı. Rayon icra hakimiyyəti başçısı Razim Məmmədovun, millət vəkillərininn, rayonun idarə, müəssisə rəhblərinin rayon içtimaiyyətinin iştirak etdiyi bayram şənliyində xalq oyunları, idmançıların bir- birindən maraqlı rəngarəng çıxışları, məktəblilərin ədəbi-bədii kompazisiyaları, folklar nümunələri qədim ənənələrimizi tərənnüm
edən adətlər, milli rəqslər, musiqilər, keçəllə kosanın məzəli əhvalatları qonaqlarda xoş təəssüratlar yaratdı.
   Tarixi, çox qədim olan Novruz bayramı respublikamızın hər yerində olduğu kimi Xətai rayonunda da böyük təntənə ilə qeyd olunur. Hər il rayon icra hakimiyyəti tərəfindən təşkil olunan bayram şənliyində minlərlə rayon sakini iştirak edir. Qədim xalq çalğı alətlərin sədaları altında rayon pəhlivanlarının bir birindən maraqlı hərəkətləri isə bayram tədbirində yadda
qalan anlardan oldu.
    Sonra adət-ənənəyə uyğun olaraq, bayram tonqalı qalandı. Rayon İcra Hakimiyyətinin  başçısı Razim Məmmədov bayram tonqalını yandıraraq, tədbir iştirakçılarının timsalında bütün Azərbaycan xalqını bayram münasibətilə  təbrik etdi, xalqımıza sülh və əmin-amanlıqla dolu il arzuladı.
Milli geyimli rəqqasların, zurnaçıların müşaiyyəti ilə meydanda dövrə vuran Dədə Qorqudla Bahar qız yazın gəlişini müjdələməklə rayon  sakinlərinin  əhvalruhiyyəsinə bir daha bayram ovqatı qatdılar. Tədbirdə uzun illər bu bayramın keçirilməsinə qoyulan qadağalara toxunaraq, məhz 1969-cu  ildən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Bahar bayramının
Azərbaycanda təntənə ilə qeyd olunması diqqətə çatdırıldı.
     Xalqımızın  milli-mənəvi dəyərləri və adət-ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri xüsusilə vurğulandı. Qeyd olundu ki, əsrlərin sınağından çıxan mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Novruz bayramı həm də sağlamlığın, firavanlığın başlanğıcıdır. Bayram tədbiri tanınmış incəsənət ustaların ifasında konsert proqramı ilə davam etdirildi.

Keçidlər