Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda mini-fitbol yarışı keçirilmişdir

21 aprel 2015 | 10:00

21 aprel 2015 - ci il tarixdə Xətai rayondakı Heydər Əliyev adına Liseyin bazasında AFFA və “Coca-cola”nın birgə təşkil etdiyi "Coca -cola məktəbli Kuboku"  "Mini-futbol" oyunlarının final mərhələsi keçirilmişdir. Finalda rayonun  Heydər Əliyev adına liseyin , 63 №-li,  56 №-li və 261 №-li tam orta məktəbin VII sinif şagirdləri mübarizə aparmışlar. Birincilik uğrunda keçən maraqlı və gərgin mübarizədə 63 №-li tam orta məktəbin komandası I yeri, Heydər Əliyev adına Liseyin komandası II yeri, 261 №-li tam orta məktəbin komandası isə III yeri tutmuşlar.
      Qaliblər AFFA və rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılmışlar.

Keçidlər