Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ağacəkmə işləri davam edir.

23 noyabr 2015 | 11:00

Xətai rayon icra hakimiyyəti və FHN-nin Bakı regional mərkəzinin birgə təşkilatçılığı ilə rayonun İnqilab İsmayılov ərazisində yerləşən zeytunluq adlı ərazidə ağacəkmə aksiyası keçirilib. Fövqaladə Hallar nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə baş tutan aksiyada çıxış edənlər bildiriblər ki,əsas məqsəd məqsəd ekoloji maarifləndirmə işlərinin aparılması, eləcə də ölkəmizin flora və faunasının qorunmasıdır. Sonra aksiya çərçivəsində həriyə bir ağac əkildi.Aksiya zamanı rayonun idarə və təşkilatları,mərkəzin əməkdaşları, könüllülər, fəal gənclər, ümumilikdə 500-dən çox insan iştirak edib. Budəfəki aksiyada müxtəlif ölkələrdən gətirilən tinglər, həmçinin zeytun, küknar, şam, söyüd ümumilikdə 500-dən çox ağac və dekorativ kol əkildi. Onu da deyək ki, rayonda ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da davam etdiriləcək

Keçidlər