Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Babayev adına musiqi məktəbində hesabat konserti keçirilmişdir

06 fevral 2016 | 11:00

6 fevral  2016-cı il tarixdə Xətai rayonu  Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbində məktəbin hesabat konserti keçirilmişdir.
Tədbirdə  Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, əməkdar  artist Firuz Səxavət, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xalid Məmmədov, Bakı şəhər 13 saylı musiqi məktəbinin direktoru Tofiq  Salmanov , Şəki şəhər 2 saylı musiqi məktəbinin direktoru Tərlan Məmmədov iştirak edirdilər.
Konsert proqramı məktəbinin əldə etdiyi nailiyyətlər haqqında  məruzə ilə başlandı. Daha sonra məktəbin caz ansamblının ifasında əsərlər səsləndi. Konsertdə şagirdlərdən başqa məktəbin keçmiş məzunları və müəllimləri, həmçinin məzunlardan ibarət piano kvarteti və instrumental ansambl da çıxış etdilər.
Tədbirin sonunda konsertin təşkilatçılarına və keçmiş məzunlara rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olundu.

Keçidlər