Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradıldı

10 fevral 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq  Xətai  Rayon İcra Hakimiyyəti başçısının müvafiq  sərəncamı ilə Apellyasiya Şurası yaradıldı.
Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə yaradılan Şuraya Xətai Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Rafiq Quliyev  sədr təyin edildi.

Keçidlər