Şriftin ölçüsü :

Saytın rəngi :

Qərargahın ilk islası keçirildi

15 fevral 2016 | 11:00

15 fevral 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyəti Başçısı Razim Məmmədovun iştirakı ilə  İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrası ilə yaradılmış qərargahın geniş tərkibdə iclası keçirilmişdir.
İclasda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində yeni iş yerlərinin yaradılması, mövcud iş yerlərinin (xüsusilə özəl sektorda) ixtisar edilməsinin qarşısının alınması, qəbullarda vətəndaşların müraciətlərinin daha ətraflı analizi və görülən tədbirlər nəticəsində səmərəliliyin artırılması,  rayonun sosial-iqtisadi inkişafı ilə bağlı qərargah tərəfindən təkliflərin hazırlanması, korrupsiya hallarının qarşısının alınması barədə tapşırıq və tövsiyyələrini verilmişdir. Bildirildi ki, qərargahın fəaliyyətə başlaması dövründən 15 fevral 2016-cı il tarixədək rayon üzrə 538 yeni iş yeri yaradılmış,  243 nəfər  işlə təmin edilmişdir. Eyni zamanda 58 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
Qərargahın fəaliyyətində operativliyi və aşkarlığı təmin etmək məqsədilə 012-490-08-08 nömrəli qaynar xətt xidməti təşkil edilmişdir.

Keçidlər