Şriftin ölçüsü :

Saytın rəngi :

26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ MÜNASİBƏTİLƏ KONSERT PROQRAMI

25 iyun 2016 | 11:00

25 iyun 2016-cı il tarixdə Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbdə Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Xətai rayon Gənclər və İdman İdarəsi və Xətai rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə konsert proqramı təşkil olunmuşdur.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, rayon Gənclər və İdman İdarəsi, Xətai rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Ali Hərbi Məktəbin zabit və kursant heyəti iştirak etmişdir.
Tanınmış incəsənət xadimlərinin ifasında təşkil olunmuş konsert proqramı Ali Hərbi Məktəbin zabit və kursant heyəti tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər