Şriftin ölçüsü :

Saytın rəngi :

249 SAYLI MƏKTƏBDƏ SƏYYAR GÖRÜŞ

21 oktyabr 2016 | 11:00

2016-cI il oktyabrın 21-də Xətai rayonundakı  249 saylı tam orta məktəbdə sakinlər ilə görüş keçirildi.Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri , eləcə də rayon sakinləri iştirak edirdilər. Görüşdə sakinlərə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və rayonumuzda abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verildi. Sakinlərdən Mürsəlov Hacı, Qurbanov Ramiz, Hüseynov Valeh, Əhmədova Səadət və başqaları rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Əsasən, məhəllədaxili  bəzi yolların təmiri, işıqlandırılması, qazın təzyiqinin  zəifliyi və digər kommunal məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər