Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər məktəbliləri arasında “Stolüstü tennis” idman növü üzrə keçirilən turnirdə Heydər Əliyev adına Liseyin komandası III yeri tutmuşdur.

07 dekabr 2016 | 11:00

7 dekabr 2016-cı il tarixdə Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin idman zalında Bakı şəhər məktəbliləri arasında “Stolüstü tennis” idman növü üzrə turnir keçirilmişdir. Paytaxt məktəblərinin VI - IX sinif şagirdlərinin iştirakı ilə keçirilən turnirdə 9 rayon komandasının tərkibində 45 nəfər (onlardan 18 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın yekun nəticəsinə görə I yeri Nərimanov rayon 258 nömrəli tam orta məktəbin komandası, II yeri Nizami rayon 238 nömrəli tam orta məktəbin komandası, III yeri Xətai rayon Heydər Əliyev adına liseyin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları - baş məsləhətçi Salman Əbdülov, aparıcı məsləhətçi Cəlil Əlizadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Keçidlər