Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Milli Qəhrəman Ələkbər Əliyevin xatirəsi anılıb

22 dekabr 2016 | 11:00

22 dekabr 2016-cı il tarixdə Xətai rayonundakı 204 nömrəli məktəbdə Milli Qəhrəman Ələkbər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə şəhid qəhrəmanın ailə üzvləri, yazıçı Oqtay Rza , məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Xatirə gecəsində şəhidin ömür yolu xatırlanıb. Qeyd olunub ki,  Əliyev Ələkbər Həsən oğlu 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib. Əfsanəvi qəhrəman Ələkbər Əliyev  Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20 erməni quldurunu məhv edib və qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Milli Qəhrəmanın portreti ətrafına toplaşan məktəblilər onun haqqında yazılan şerlər səsləndirdirib, bədii səhnəciklər nümayiş etdiriblər.
Tədbir çərçivəsində milli qəhrəmanlardan bəhs edən film nümayiş olunub.

Keçidlər