Şriftin ölçüsü :

Saytın rəngi :

“Basketbol” idman növü üzrə yarış keçirilmişdir

23 dekabr 2016 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 19-23 dekabr 2016-ci il tarixlərdə 269 və 204 №li tam orta məktəblərin idman zalında rayon məktəblilərinin XXIX Spartakiadasının proqramına daxil olan oğlanlar arasında “Basketbol” idman növü üzrə yarış keçirilmişdir.
Yarışda rayonun 19 məktəb komandası tərkibində 190 nəfər məktəbli iştirak etmişdir.Yarışda birinci yeri 269 №li, ikinci yeri 17 №li, üçüncü yeri 257 №li tam orta məktəblərin komandaları tutmuşdur.
Sonda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.

Keçidlər