Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 147 nömrəli Texniki-Humanitar liseydə “20 Yanvar şagirdlərin gözü ilə” adlı ədəbi-bədii gecə keçirilib

16 yanvar 2017 | 11:00

20 Yanvar faciəsinin 27-ci ildönümü münasibəti ilə Xətai rayonundakı  147 nömrəli Texniki-Humanitar liseydə “20 Yanvar şagirdlərin gözü ilə” adlı ədəbi-bədii gecə keçirilib. Məktəblilər hadisə zamanı şəhid olanların xatirələrinə ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov  şagirdlərə faciənin tarixi barədə məlumat verib. O bildirib ki, bir tərəfdən kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya  xalqımızın qəhrəmanlıgının, azadlıq ugrunda mübarizliyinin şahidi olub. Qeyd olunub ki, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub.
Tədbirdə məktəbin direktoru filologiya üzrə elmlər doktoru Arif Əsədov çıxış edərək bildirib ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. Natiq həmçinin, faciə ilə bağlı məlumatları, ümummilli liderimiz Heydən Əliyevin 20 Yanvar hadisələri ilə bağlı fikirlərini şagirdlərə çatdırıb.
Tədbir çərçivəsində şagirdlərin qanlı yanvar hadisələri ilə bağlı hazırladıqları səhnəciklərə baxılıb, şeir və bədii çıxışları dinlənilib.

Keçidlər