Şriftin ölçüsü :

Saytın rəngi :

Razim Məmmədov yanan binanın sakinlərini qəbul etdi.

02 fevral 2017 | 11:00

       2 fevral 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşlarının, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, Xətai rayon Xətai və Əhmədli bələdiyyələrinin, başçının müavinləri, icra aparatının şöbə müdürləri və rayon xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Kaçalov küçəsi 18 saylı ünvanda yanğın baş verən binanın sakinlərini qəbul etmişdir. 
     Görüş zamanı müəyyən olunmuşdur ki,   binanın çardağında baş vermiş yanğın nəticəsində binanın xeyli hissəsi tamamilə yararsız hala düşmüş, sakinlərə xeyli ziyan dəymişdir. Bu məqsədlə Komissiya yaradılmış və komissiyaya tapşırılmışdır ki, ilk növbədə sakinlərin yaxın ərazilərdə yerləşdirilməsi təmin edilsin, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən müvafiq rəylər alındıqdan sonra binada bərpa və əsaslı təmir işlərinə başlanılsın.
      Artıq sakinlərin yerləşdirilməsi, ziyan dəyməmiş mənzillərdən əşyaların daşınması və s. işlər üçün əlaqədar təşkilatların nümayəndələri və İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri hadisə yerindədirlər.

Keçidlər