Şriftin ölçüsü :

Saytın rəngi :

“TOLERANTLIQ VƏ İSLAM MƏDƏNİYYƏTİ” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

16 fevral 2017 | 11:00

Fevralın 16-da Xətai rayondakı  95 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi ili” çərçivəsində “Tolerantlıq və İslam Mədəniyyəti " mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçiləri Fidan Aslanova və Vasif Musayev, məktəbin direktoru, müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunması haqda danışıb. O bildirib ki, ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük tövhələr verib. Ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şöbəsinin nümayəndələri Fidan Aslanova və Vasif  Musayev dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə və həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verdilər.
Tədbirin yekununda şagirdlərlə mövzu haqqında geniş fikir mübadiləsi aparılıb.

Keçidlər