Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜNƏ HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR

21 fevral 2017 | 11:00

21 fevral 2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25 –ci ildönümünə hazırlıqla bağlı növbəti müşavirə keçirilib.
      Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  bildirib ki,  xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 25-il ildönümü ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Xətai rayon icra hakimiyyəti başçısının sərəncamı ilə soyqırımına həsr edilmiş tədbirlərin mütəşəkkilv və yüksək səviyyədə təşkili üçün tədbirlər planı hazırlanıb.
       Məlumat verildi ki, “Tədbirlər Planı”na uyğun olaraq rayonun idarə və müəssisələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlartında soyqırıma həsr olunmuş tədbirlər keçirilir. Eləcə də abidə kompleksində və abidənin yerləşdiyi park xiyabanda abadlıq işləri aparılır, Hasarlara, binaların fasadlarına xüsusi tərtib edilmiş bannerlər vurulur, Soyqırımın 25-ci ildönümü ilə əlaqədar xüsusi buklet hazırlanıb. Parkın ərazisində əkilmək üçün 100 mindən çox   gül və bəzək kolu tədarük edilmişdir. Hal-hazırda Yusif Səfərov küçəsində, Xocalı prospektində yaşıllıq örtüyü yenilənir, güllər, dekorativ kollar əkilir. Hazırlıq işlərinin vaxtında və səmərəli başa çatması və tədbirin yüksək səviyədə təşkili üçün qərargah da yaradılmışdır.
        Razim Məmmədov işlərin sürətləndirilməsi  üçün əlaqədar qurumlara və məsul şəxslərə tapşırıqlar verdi.

Keçidlər