Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

29 aprel 2017 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai  rayonunda da davamlı xarakter alıb.
Xətai rayonunda da ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun daim diqqət mərkəzindədir. Keçirilən silsilə tədbirlərin davamı olaraq 29.04.2017-ci il tarixdə  Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində   müxtəlif ərazilərdə ağacəkmə, təmizlik və abadlıq aksiyaları, ümumrayon iməcliyi keçirildi.  
Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, İcra Hakimiyyəti  başçısının müavinləri, Aparatın əməkdaşları, rayonun bələdiyyələri, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları olmuş məktəblilər, könüllülər,  fəal gənclər, Xətai rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, “SOCAR” neft şirkətinin rayon ərazisində fəaliyyət göstərən müəssisələrin, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, tibb müəssisələri,  ayrı-ayrı idarə, müəssisə və təşkilatlar, ümumilikdə 2000 nəfər fəal iştirak ediblər.
  “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində növbəti ağacəkmə aksiyası rayonun   G.Şıxlinski küçəsi, İ.İsmayılov, X.Məmmədov, R.Quliyev, Zığ yolu, S.Ə. Şirvani  küçələrində, idarə və müəssisələrin həyətlərində, aparılıb 500-dən artıq  şam və zeytun ağacları  əkilib. Aksiya zamanı yeni əkilən ağac tingləri suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərilib. Xətai  rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır. 
İməcilik aksiyası çərçivəsində  vətəndaşlarla aparılan söhbətlər zamanı sakinlər ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt edilərək hasarlanan bostanların ətrafında yaranan   antisanitariya və çəpərlənmiş sahələrin ümumilikdə əhalinin rahat gediş-gəlişinə maneçilik törətməsi ilə bağlı çoxsaylı şikayətlərini bildiriblər.
Sakinlərinin ümumi narazılığını və ətrafda mövcud olan antisanitar vəziyyəti nəzərə alaraq bir sıra ünvanlarda qeyri-qanuni zəbt edilərək çəpərlənmiş ərazilərdə çəpərlər və yararsız tikililər  sökülüb, həmin ərazilər məişət tullantılarından təmizlənib. Ayrı-ayrı şəxslər tərəfindən quraşdırılmış primitiv köşklər, müxtəlif ölçülü dəmir qarajlar ləğv olunub, onların yanına yığılmış məişət avadanlıqları və tullantıları götürülüb. Eyni zamanda qurumuş ağacların,  metal qırıntısı və digər lazımsız əşyaların ərazidən götürülməsi, qoca ağacların budanması işləri həyata keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri  Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Məktəb bağları” layihəsinə dəstək məqsədilə Xətai rayonunda görülən işlər də davam etdirilir. Layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahələrində ümumilikdə 1000 ədəddən çox alma, armud, gavalı, ərik, gilas, qoz, nar, xurma, badam, fındıq, heyva ağacları əkilib. Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Keçidlər