Etik davranış
Görülən işlər
Etik davranış qaydaları ilə bağlı 2023-cü ildə keçirilən tədbirlər
Etik müvəkkilin iştirakı ilə rayon ərazisində çalışan dövlət qulluqçuları üçün aparatda 2023-cü ilin bütün aylarında “Dövlət qulluqçularının etik davranış qaydaları və onun əhəmiyyətli” mövzusunda geniş müzakirə-seminar aparılmış, dövlət qulluqçuları və vəzifəli şəxslərin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət edilməsinə diqqət yetirilmişdir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, hesabat ilində Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.
Belə ki, hesabat ilində Aparatda və ərazi nümayəndəliklərində çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- Dövlət qulluqçularının etik davranış qaydaları;
- “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”;
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Vicdanlı davranış, loyallıq, mədəni davranış, insanların və hüquqi şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət”;
- “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəalar: “Dövlət qulluqçusunun hüquqları, dövlət qullugu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət”;
- Vətəndaşların müraciətləirinə baxılması işinin təşkili. - Həmçinin, 17 may 2023-cü il tarixində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin (İnstitut) təlimçi-ekspertləri Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçiblər.
- http://khatai-ih.gov.az/az/news/huquq-ve-insan-haqlari-institutunun-telimci-ekspertleri-xetai-rayon-icra-hakimiyyetinin-emekdaslari-ucun-telim-kecibler.html
Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 22 may tarixli 582 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli 021-Q nömrəli qərarı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın 22 fevral 2014-cü il tarixdən qüvvəyə minməsi inzibati vəzifə tutan dövlət qulluqçularının bir daha etik davranış qaydalarına daha ciddi şəkildə əməl edəcəklərinə zəmin yaradır.
Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 367 nömrəli 19.11.2015-ci il tarixli Qərarının Xətai rayon İcra Hakimiyyətində də icrası bir daha Dövlət qulluqçularının dövlət səviyyəsində etik davranışına nəzarətin güclənməsi deməkdir.
Xətai rayonu üzrə 2023-cü ildə dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması faktı aşkar edilib qeydə alınmamış və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı heç bir şikayət daxil olmamışdır.