Apelyasiya Şurası
Görülmüş işlər
Xətai rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının fəaliyyəti haqqında
2016-cı ilin I yarımilliyi üzrə
HESABATI
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının rayon miqyasında icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti Başçısının 38 saylı 15.02.2016-cı il tarixli Sərəncamı ilə tərkibi 19 nəfərdən ibarət olan xüsusi qərargah yaradılmışdır.
15 fevral 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyəti Başçısı Razim Məmmədovun iştirakı ilə İcra Hakimiyyətində qərargahın geniş tərkibdə ilk iclası keçirilmişdir.
İclasda çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı rayon ərazisində yeni iş yerlərinin yaradılması, mövcud iş yelərinin (xüsusilə özəl sektorda) ixtisar edilməsinin qarşısının alınması, qəbullarda vətəndaşların müraciətlərinin daha ətraflı analizi və görülən tədbirlər nəticəsində səmərəliliyin artırılması, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı təkliflərin hazırlanması, korrupsiya hallarının qarşısının alınması barədə tapşırıq və tövsiyyələr vermişdir.
Mütəmadi olaraq qərargahın sahibkarlarla ümumi və fərdi görüşləri keçirilir. Keçirilmiş görüşlərdə mərkəzi və yerli icra hakimiyyəti orqanında Apellyasiya Şuralarının fəaliyyət göstərdiyi sahibkarların diqqətinə çatdırılmışdır və onların bu Şuralara müraciət qaydaları haqqında ətraflı məlumat verilmişdir.
Qərargahın fəaliyyətində operativliyi və aşkarlığı təmin etmək məqsədilə (012) 490-08-08 nömrəli qaynar xətt xidməti təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən yerli icra hakimiyyəti orqanlarının sərəncamlarından, əmrindən, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə baxan ictimai əsaslarla fəaliyyət göstərən yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərman imzalamışdır. Fərmana əsasən Yerli İcra Hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilmişdir.
Xətai rayon İcra Hakimiyyəti Başçısının 33 saylı 09 fevral 2016-cı il tarixli Sərəncamı ilə rayon icra hakimiyyətində Apellyasiya Şurası yaradılmış, Şuranın tərkibi və katibliyi, eyni zamanda əsasnaməsi təsdiq təsdiq edilmişdir. Sərəncama uyğun olaraq Apellyasiya Şurasına Yerli İcra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamədən irəli gələn vəzifələrin, fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərin qanunçuluq, şəfaflıq, dəqiq və qərərsiz icrasının təmin edilməsi tapşırılmışdır. Rayon İcra Hakimiyyətində keçirilmiş Şuranın iclaslarında Yerli İcra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin müddəaları, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qarşılıqlı fəaliyyətinə dair “Metodiki Təlimat” dan irəli gələn vəzifələr və “Hesabat” forması geniş təhlil edilmiş, Şuranın üzvlərinə və katibliyə müvafiq tapşırıq verilmişdir.
Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi ilə əlaqədar Başçının 216 saylı, 14.07.2016-cı il tarixli Sərəncamı ilə Şuranın və Katibliyin yeni tərkibi təsdiq edilmişdir.
Ötən müddət ərzində fiziki və hüquqi şəxslər tərəfindən rayon icra hakimiyyətində fəaliyyət göstərən Apellyasiya Şurasına 13.06.2016-cı il tarixdə 1 (bir) müraciət daxil olmuşdur.
Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 12/10 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vət. Qocayev Tahir Süleyman oğlu və vət. Pənahlı Nicat Firudun oğlunun müraciətlərinə Apellyasiya Şurasında baxılmış, tikintiyə icazə verilərkən obyektlərin ərazidə yerləşdirilməsi baxımından Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin təmin olunmasının nəzarətə götürülməsi onların diqqətinə çatdırılmışdır.
Şuranın gələcəkdə fəaliyyətini gücləndirmək məqədilə rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən rayon ərazisində yeni iş yerlərinin yaradılması, mövcud iş yelərinin ixtisar edilməsinin qarşısının alınması, qəbullarda vətəndaşların müraciətlərinin ətraflı araşdırılması və görülən tədbirlər nəticəsində səmərəliliyin artırılması barədə tapşırıq və tövsiyyələr vermişdir.