İcra Hakimiyyəti
İH Başçısının müavinləri
Əhmədov Etibar Yunus oğlu, 24 oktyabr 1956-cı il Balakən rayonunda anadan olub. 1973-cü ildə orta məktəbi bitirib və 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub. 10.09.1973-cü il tarixdən Ümumittifaq Elmi Tədqiqat Layihə İnstitutunda təbii qazın nəql edilməsi üzrə laborant, baş laborant, mühəndis işləyib. 1982-ci il tarixində Universiteti bitirərək kimyaçı-müəllim ixtisasını alıb. 1976-1978-ci illər ərzində ordu sıralarında qulluq edib. Ehtiyatda olan zabit-leytenantıdır.
1986-cı il tarixdə Marksizm-Leninizm Universitetində təhsil alıb.
27.05.1982-ci il tarixində SSRİ Ali Sovetinin qərarı ilə «За трудовое отличие» medalı ilə, 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Dövlət Qulluğunda” fərqlənmə medalı ilə təltif olunub.
10.04.1986-ci il tarixində Xətai rayon partiya komitəsinə təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışmışdır. 1990-cı il tarixində Xətai rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. 1991-1996-cı illərdə Xətai rayon İcra Hakimiyyətində baş məsləhətçi, 1996-2017-ci illərdə şöbə müdiri vəzifəsində işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir. 2 övladı var. 11.12.2017-ci il tarixdən Xətai rayon İcra Hakimiyyəti Başçısının müavinidir.