Rayon haqqında
İqtisadiyyat
2025-Cİ İLİN YANVAR-SENTYABR AYLARINDA
XƏTAİ RAYONUNUN İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ
2025-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafını və onlara mütənasib olaraq sosial məsələlərin uğurla həll edildiyini göstərir.
Sənaye
2025-ci ilin yanvar-sentyabr aylarında 548604,3 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 15,0 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 861417,7 min manatı istehlakçılara göndərilmiş, 549479,4 min manatı öz istehsalı olan mallar olmuşdur.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2025-ci il vəziyyətinə 19980,8 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Tikinti
2025-ci ilin yanvar-sentyabr aylarında Xətai rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 404709,7 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 33,7 faiz az vəsait yönəldilmişdir. 2025-ci ilin yanvar-sentyabr aylarında 354054,3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
2025-ci ilin yanvar-sentyabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1349535,5 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çox olmuşdur.
Podratçı təşkilatların gördükləri inşa, yenidənqurma və bərpa işləri 2025-ci ilin yanvar-sentyabr aylarında 1125374,2 min manat, əsaslı təmir 171603,9 min manat, cari təmir 35121,9 min manat, sair tikinti işləri isə 17435,5 min manat təşkil etmişdir. İstehlak bazarı
2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3016414,4 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin eyni səviyyəsindən 3,4 faiz çoxdur. Satılmış əmtəələrin 35,0 faizi hüquqi şəxslərin, 6,0 faizi rayonda fəaliyyət göstərən maşın eytiyyatları bazarının, 59,0 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
Rabitə
2025-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 119435,2 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artmışdır.
Nəqliyyat
2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 907 mln 645 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artmışdır.
İaşə dövriyyəsi
2025-ci ilin yanvar-sentyabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 105796,4 min manat olmuşdur. Həcmin 52,5 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 55558,7 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 50237,7 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlər
Ödənişli xidmətlərin həcmi 2025-ci ilin yanvar-sentyabr aylarında 473832,9 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,8 faiz artmışdır.
Hüquqi şəxslər tərəfindən əhaliyə 302548,0 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 63,9 faizini təşkil etmişdir.
İşçilərin sayı və əməkhaqqı
2025-ci ilin yanvar-avqust aylarında Xətai rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 92073 nəfər olmuşdur.
2025-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 1,1 faiz artaraq 1281,1 manat olmuşdur.
Yeni iş yerləri
“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır.
Xətai rayonunda 2025-ci ilin yanvar-sentyabr aylarında 8600 yeni iş yeri açılmışdır.
SƏNAYE MÜƏSSISƏLƏRI VƏ SƏHMDAR CƏMIYYƏTLƏR
|
«Heydər Əliyev adına» neft emalı zavodu |
O.Vəliyev 1 |
Cəfərov Xəyal Vilayət oğlu |
Direktor |
012 521-00-00 |
|
“Neft kəmərləri” İdarəsi |
Xocalı pr. 28 |
İbadullayev Pərviz Ramiz oğlu |
Rəis |
012 512-09-01 |
|
Məmmədov Abdulla Qara oğlu |
Baş mühəndis |
012 521-09-02 |
||
|
Qədirov Samir Müsrət oğlu |
İstehsalat üzrə rəis müavini |
012 521-09-03 |
||
|
Həsənov Fuad Əlixan oğlu |
Tikinti və təmir üzrə rəis müavini |
012 521-09-05 |
||
|
Əzizov Ruslan İntiqam oğlu |
Əməyin mühafizəsi üzrə rəis müavini |
012 521-09-08 |
||
|
Heydərov Zamin Əli oğlu |
Sosial məsələlər üzrə rəis müavini |
|
||
|
Tağıyev Etibar Həsən oğlu |
Ümumi məsələlər üzrə rəis müavini |
012 521-09-09 |
||
|
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdənizneftdonanması |
Əbilov küç. 25 |
Qurbanov Taqət Allahqulu oğlu |
Rəis |
012 371-21-47 |
|
Fərhadov Məqsəd Aris oğlu |
1-ci müavin |
012 404-39-80 |
||
|
İsgəndərov Mahir Novruz oğlu |
Baş mühəndis-rəis müavini |
012 379-23-48 |
||
|
Z.Tağıyev adına Toxucu TikişSənaye Kombinatı ASC |
E.Əliyev küç. 1 |
Tagıyev Rafiq |
Sədr |
012 447-21-29 |
|
“Bakı Avtomobil Sənaye” Səhmdar Cəmiyyəti” |
Zığ yolu 4 |
Əliyev Sadıx Səfər oğlu |
Sədr |
012 473-08-22 |
|
“Radioquraşdırma” zavodu |
R.Quliyev küç.4 |
İbrahimov Samir Nurəddin oğlu |
Direktor |
012 471-06-36 012 447-49-89 |
|
Həmidov Aqil Nəsir oğlu |
Müavin |
012 447-39-49 |
||
|
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi |
S.Orucov küç.28 |
Ağakişiyev Rəşid Cəlal oğlu |
Rəis |
012 521-04-51 |
|
Quliyev Nuru Həsən oğlu |
Müavin |
012 521-04-55 |
||
|
Bağırov Rəşad Muxtar oğlu |
Müavin |
|
||
|
Məmmədov Raul Hidayət oğlu |
Müavin |
012 521-21-81 |
||
|
Hacınski Fərhad İsmayılbəy oğlu |
Müavin |
012 521-14-26 |
||
|
“Azneft” İB-nin Maddi-texniki təchizat İdarəsi |
Əbilov küç. 27 |
Babayev Rəis Tağı oğlu |
Rəis |
050-841-16-30 |
|
Əsgərov Tağı Fərhad oğlu |
Müavin |
050-841-16-31 |
||
|
MEA Neft Kimya Prosesləri İnstitutu |
Xocalı pr. 30 |
Abbasov Vаqif Məhərrəm oğlu |
Direktor |
012 490-24-76 |
|
Muradov Nizami İbrahim oğlu |
İcraçı direktor |
012 490-26-65 |
||
|
MEA Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu |
Əhmədli yolu 622 ev 9 |
Abbasov Vаsif Bilal oğlu |
Direktor |
012 376-02-11 |
|
Rüstəmov Səxavət |
İcraçı direktor |
012 376-13-11 |
||
|
“AZENCO” ASC |
D.Səfərov küç.9 |
Hacıyev Pərviz Firuhət oğlu |
Sədr |
012 424-75-66 |
|
Mustafayev İdris Ağa oğlu |
1-ci müavin |
012 424-72/84 |
||
|
Əhmədov Etibar Rəhim oğlu |
Müavin |
012 424-49-01 |
||
|
“Bakı İstilik Elektrik mərkəzi" MMC |
8 Noyabr pr. 84 |
İsmayılov Asəf Allahverdi oğlu |
Direktor |
012 424-70-01 |
|
Abışov Nazim Hüseynxan oğlu |
Baş mühəndis |
012 424-39-75 |
||
|
Protez bərpa Mərkəzi |
S.Ə.Şirvani küç. 159 |
Məcidov Asif Durmuş oğlu |
Direktor |
012 376-80-11 012 470-37-67 |
|
İsmayılov Vüsal Bulud oğlu |
Müavin |
012 376-38-85 |
||
|
Məmmədov Nazim Malik oğlu |
Müavin |
012 375-65-96 |
||
|
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi |
X.Məmmədov küçəsi 3 |
Muradov Ceyhun Nizami oğlu |
Rəis |
012 371-54-10 |
|
Osmanlı Azər Binəli oğlu |
Müavin |
012 373-07-64 |






